2025-ci ilə qədər bu xəstələrin sayı 1.5 milyarda çatacaq
18-05-2023, 18:10

İnsanların oturaq həyat tərzi keçirməsi və xeyli artıq çəki alması nəticəsində piylənməsi dünyada hipertoniya xəstəliyinin artmasına səbəb olur.

AZİNFORM.AZ xəbər verir ki, həkimlər bu xəstəliyi "Səssiz qatil" adlandırıblar. Çünki xəstəlik heç bir simptom olmadan başlaya biləcəyi üçün müalicə olunmamış qalır. Bu vəziyyətdə ilk növbədə ürək, böyrəklər, gözlər və beyin zədələnir.

Bu xəstəlik hər il dünyada 9,4 milyon insanın həyatına son qoyur. Ürək-damar xəstəlikləri, insult, xroniki böyrək çatışmazlığı və atrial fibrilasiyanın inkişafı üçün ən vacib risk faktorlarından biri yenə də hipertoniyadır.

Gələcək illərdə insanlarda bu xəstəlik daha da irəliləyəcək. Hipertoniya böyüklər arasında daha geniş yayılıb. Orta hesabla hələ ki ən az 30-45 yaş arası insanlarda rast gəlinir. 60 yaşdan yuxarı insanların 60 faizində, 78 yaşında olan əhalinin isə 90 faizində bu xəstəlik mövcuddur.

Avropa Kardiologiya Cəmiyyətinin 2018-ci il üçün son nəşr olunan hipertoniya təlimatında 2025-ci ilə qədər 1,5 milyard insana çatacağı proqnozlaşdırılır.

Bunun qarşısnı almaq üçün insanlar mütləq tütün və tütün məhsullarından imtina etməyə təşviq edilməlidir. Bir insan kilolu olarsa, bədən çəkisini azaltmalı və ya ən azı 5-10 faizini itirməlidir. Duz qəbuluna mütləq diqqət yetirilməli və gündəlik qəbulu azaldılmalıdır.

Sağlam həyat tərzi üçün Aralıq dənizi qidalanma formuluna riayət edilməli, az yağlı, tərəvəz və meyvələrin üstünlük təşkil etdiyi qidalardan yeməli və həftədə ən azı iki dəfə balıq istehlak edilməlidir.

Oturaq həyat tərzindən qaçınmaq, mütəmadi olaraq yaşayışa və fiziki vəziyyətə uyğun ən azı həftənin 5 günü 30 dəqiqə, idmanla məşğul olmaq çox vacibdir.

Məsələnin mənəvi tərəfinə isə baxsaq, şübhəsiz ki, Meditasiya, Yoga kimi rahatlama texnikaları tətbiq etməklə və ya lazım olduqda davranış qaydalarını düzəltməyə yönəlmiş psixoterapevtik dəstəklə stresdən azad olaraq həyat keyfiyyətini yaxşılaşdırmaq mümkündür.





up