Hamiləlik zamanı necə qidalanmalı - Sağlam nəsil üçün bunlara fikir verin
11-04-2023, 00:11

Hamiləliyin neçənci  həftəsində hansı qidaları istehlak etməlisiniz?

AZİNFORM.AZ  körpənizin daha sağlam olması üçün hamiləlik dövrünün hər bir mərhələsində mütləq lazım olan qidaları təqdim edir:

 İnsanların çoxu sağlam pəhrizdə nələr yeməli olduğunun fərqindədir.  Hamiləlikdə də sanki diyet saxlayırmış kimi bütün qidanıza ciddi fikir vermək lazımdır. 

Hamiləlik zamanı orqanizmin tələbatları dəyişir, bu da əlavə zülal, vitamin və mineral qəbul etmək deməkdir. Ana və dünyaya gəlməmiş uşağın kalori ehtiyacını ödəmək üçün əlavə 300-500 kaloriyə ehtiyac var.  Hamilə anaların nizamlı bir şəkildə yeməli  olduğu qidaları qruplaşdıraraq təqdim edirik. 

  İlk həftələr


 Hamiləliyin ilk həftələrində yediyiniz hər qida sizin və uşağınız üçün ehtiyata yığılır. Ona görə də ehtiyacınız olan  bütün düzgün qida maddələrini bilməyiniz çox əhəmiyyətlidir. Fol turşusu ilə zəngin qidaların qəbulu mütləqdir.  Göyərti maqnezium baxımından zəngin olduğu üçün səhər  vücudda olan narahatlığı azaldır və bu ilk həftələrdə bol istehlak edilməlidir:Yaşıl yarpaqlı tərəvəzlər,  yumurta, paxlalı bitkilər

4 ilə 12 həftə arası


 

Hamiləliyin 6-ci həftəsində uşağın qırmızı qan hüceyrələri əmələ gəlməyə başlayır və ürəyi döyünməyə başlayır. Bu mərhələdə dəmir baxımından zəngin qidalar istehlak etməlisiniz. Vegeteriyansınızsa, C vitamini baxımından zəngin olan qidaları istehlak edərək dəmirin sorulmasını  sürətləndirə bilərsiz.

 Süd məhsulları, yumurta, ət, dəniz məhsulları

 İlk üç aylıq dövrun sonunda körpənin beyni bədənin digər hissələrindən daha sürətlə inkişaf etməyə başlayır. Bu mərhələdə omeqa 3 yağ turşusu və DHA baxımından zəngin qidalar yemək bu prosesə yardımçı olacaqdır.

 Balıq, sardelka, kilkə balıq, doğuş öncəsi vitamin kompleksi



 13 ilə 28 həftə

Körpə sürətlə inkişaf etdiyi üçün bu çox mühüm bir mərhələdir. Bu həftələrdə qidaya aha çox ehtiyacınız var.

Gözlər üçün; Yerkökü, Şirin kartof, İspanaq, Balıq (skumbriya), Kilkə balıq

Sümük inkişafı üçün: Süd, Qatıq, Soya pendiri, Pendir, Kilkə balıq, D vitamini, siyənək balığı, Pasterizə edilmiş  süd

DNT istehsalı və fəaliyyəti üçün;Qabıqlı dəniz məhsulları, Qırmızı ət, Paxlalılar, Taxıl bitkiləri, Quru meyvələr, çərəzlər

29 və 40 həftə


 Hamiləliyinin son həftələrinə yaxınlaşmağa başladıqda qidanıza əlavə edəcəyiniz bir çox şey var.

 Qan laxtalamasına yardımçı olmaq üçün: Brüssel kələmi, İspanaq, Kahı, Çuğundur, Gül kələmi, Brokoli, Kələm

Sümük inkişafı üçün; Süd, Pendir, Paxlalı bitkilər, Avakado,  Banan, Moruq

Ağciyərin inkişafı üçün; Fındıq, Yumurta, Düyü



Doğuşdan sonra: İndi nə yeyəcəksinizsə uşağın ana südündən aldığı qidaya təsir göstərəcəkdir. Bu səbəbdən özünüzü sağlam tutun. Bir uşağın gözləri doğuşdan sonra 6 aya qədər inkişaf etməyə davam edir. Ona görə də beta-karoten baxımından zəngin qidalar (yerkökü, şirin kartof) yemək, körpənin ana südünün verdiyi faydaları əldə etməsini təmin edəcəkdir. Qadınlar əmizdirmənin ilk bir neçə ayında hər gün təxminən 300 əlavə kaloriyə ehtiyac duyur, buna görə özünüzü ac qoymayın.

AZİNFORM.AZ





up