Üçlü virus üçün qorxulu xəbərdarlıq: Ölümcül ola bilər
4-12-2022, 21:44

Ege Universiteti Tibb Fakültəsi Xəstəxanası Yoluxucu Xəstəliklər Bölümü Müəllim Prof. Dr. Oğuz Reşat Sipahi son vaxtlar tənəffüs yollarında “üçlü virus” olaraq birlikdə görülən rinovirus, Respirator Syncytial Virus (RSV) və qriplə bağlı xəbərdarlıq edib.

Havaların soyuması ilə qripə yoluxma hallarında artım müşahidə edilərkən, son zamanlar yuxarı tənəffüs yollarında eyni anda birdən çox virus görünməyə başlayıb. Ege Universiteti Tibb Fakültəsi Xəstəxanası Yoluxucu Xəstəliklər Bölümü Müəllim Prof. Dr. Oğuz Reşat Sipahi birlikdə ‘üçlü virus’ olaraq görülən rinovirus, RSV və qriplə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Sipahi, “Hər üç virus, əsas xəstəlik, yaxınlarda xəstəliyə məruz qalma, peyvənd vəziyyəti və yaşa kimi dəyişənlərə görə ölümə səbəb ola bilər. RSV və qripin tənəffüs yollarında verdiyi zərər rinovirusdan daha uzun çəkə bilər.” deyə açıqlama verib.





up