Yarasalarda daha bir virus aşkarlandı: “Kiwira”
24-11-2022, 11:40

Dünya Səhiyyə Təşkilatı (DST) bu ilin yayında apardığı araşdırma nəticəsində yarasalarda daha bir virus aşkarlayıb. 

AZİNFORM.AZ xəbər verir ki, mütəxəssislər hazırda həmin virusun insana keçib, keçmədiyini dəqiqləşdirməyə çalışırlar.

Alimlər bildirib ki, araşdırmalar əsasən Tanzaniya və Demokratik Konqo Respublikasında aparılıb. “Kiwira” adlandırılan virusun HANTAVİRUS virus ailəsinə aid olduğu dəqiqləşib. Mütəxəssislər deyib ki, bu virusun insan üçün təhlükə yaratmasına dair hər hansı dəlil və sübut mövcud deyil. Lakin onun Hantavirus ailəsinə aid olması risklərdən xəbər verir.

Xatırladaq ki, iki ildən çoxdur dünyanı ağuşuna almış koronavirusun da ilk mənbəyi yarasalar olub.





up