23 yaşlı qadın komada uşaq dünyaya gətirdi
4-11-2022, 23:21

Hindistanın Bulandşaxr şəhərinin 23 yaşlı sakini komada olarkən uşaq dünyaya gətirib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.

Məlumata görə, altı həftəlik hamilə olan qadın əri ilə birgə qəza keçirib və başından çoxsayli xəsarətlər alıb. Ağır beyin əməliyyatı keçirən hindistanlı qadın sağ qalıb və komaya düşüb.

Müayinə zamanı isə körpənin sağlam olduğu müəyyən olunub və zərərçəkənin əri qadının hamiləliyini davam etdirməsi qərarına gəlib. Yoldaşının yanında olmaq üçün işini tərk edən kişi yeddi ay ona qulluq edib. Bir müddət sonra qadın qız uşağı dünyaya gətirib. Lakin ananın hələ də komada huşsuz olduğu bildirilib.





up