Hindistanda möcüzə əsasında körpə sağ qalıb.
AZİNFORM.AZ xarici mediaya istinadən xəbər verir ki, Hindistanda yaşayan Şəfiyə adlı qadın qoruyucu papaqsız motosiklet sürərkən yıxılması nəticəsində ağır xəsarət alıb. Həmin vaxt hamilə olan qadın aldığı xəsarətlərdən reanimasiya şöbəsinə daxil olub. 7 ay ərzində heç bir həyat əlaməti olmayan qadının körpəsinin sağlam doğulması hər kəsi heyrətləndirib.
7 ay ərzində həkimlərin bütün müdaxilələrinə baxmayaraq, Şəfiyyə komadan çıxa bilməyib. Ancaq həkimlər qadının qida əlavələrini mütəmadi olaraq izləyiblər ki, körpə ana bətnində qidalana bilsin. Həkimlərin səyi uğurlu nəticə verib.
Həkimlərin apardığı yoxlamalardan sonra doğulmağa hazır olduğu müəyyən edilən körpə əməliyyatdan sonra ana bətnindən götürülüb.
Onu da qeyd edək ki, həkimlər qadının hələ də komada olduğunu bildirib.


Facebook
Вконтакте
Одноклассники
Google+