DİGƏR XƏBƏRLƏR
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 45 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə AZİNFORM.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 823 247 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 982 nəfər müalicə olunaraq sağalıb, 9 944 nəfər vəfat edib, aktiv xəstə sayı 321 nəfərdir.
Ölkədə son sutka ərzində 1 718, hazırkı dövrədək isə 7 319 300 test aparılıb.