Diabetin ağrlaşmasının qarşısını almaq üçün şəkəri nəzarətdə saxlamaq lazımdır.
AZİNFORM.AZ xəbər verir ki, həkim endokrinoloq Fərhad Burzu bildirib ki, diabeti olan xəstələrin həkim-endokrinoloqun tərəfindən təyin olunan dərmanları vaxtı-vaxtında içmək, şəkəri mütəmadi olaraq ölçmək son dərəcə vacibdir: "Lakin düşünməyin ki, dərman içdiyiniz halda istədiyiniz qidanı, istədiyiniz vaxtda yeyə bilərsiniz və dərman “öz işini görür, şəkər qalxmaz”.
Bu, belə deyil. Qidalanmanı nəzarətdə saxlamq lazımdır. Gündəlik olaraq fiziki aktivliyi (piyada gəzmək, yüngül məşğələlər) unutmamalıyıq, çünki bu aktivlik dərmanları əvəz etmir. Ona görə də özbaşına şəkər dərmanlarını kəsmək həyati təhlükə yarada bilər. Nəzarətsiz buraxılmış şəkərli diabet müxtəlif sağlamlıq ağırlaşmalarına səbəb olub təhlükəli bir düşmənə çevrilə bilər.