Kəlbəcərdən ACI XƏBƏR GƏLDİ - YARALILAR VAR
21-09-2022, 09:29

Kəlbəcər rayonunun Tirkeşəvənd kəndində avtomobili aşıb.

AZİNFORM.AZ-ın "report"a istinadla məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Tural Əliyev və 1982-ci il təvəllüdlü Ramiz Əmrahov müxtəlif bədən xəsarətləri alıblar.

Hər iki şəxs Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.





up