Şəhid Mirtalıb Ağazadənin döyüşə gedərkən çəkilən son görüntüləri - VİDEO
17-09-2022, 22:58

Şəhid Mirtalıb Ağazadənin döyüşə gedərkən çəkilən son görüntüləri yayılıb.

Görüntülərdən aydın olur ki, şəhid "Hər şey vətən üçün" deyərək, döyüşə atılıb.

Qeyd edək ki, Dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olan Ağazadə Mirtalıb Heydər oğlu Beyləqan şəhidlər xiyabanında dəfn edilib. Ağazadə Mirtalıb Heydər oğlu 1994-cü il yanvarın 16-da Beyləqan rayonu İkinci Aşıqlı kəndində dünyaya göz açıb. Hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə seçilib. Ötən il könüllü olaraq ordu sıralarına qoşularaq müddətdən artıq hərbi qulluqçu kimi Vətən keşiyində dayanıb. Onun, bir körpə balası var.

AZİNFORM.AZ şəhid Mirtalıb Ağazadənin sosial şəbəbəkələrdə yayılan təsirli görüntülərini təqdim edir:





up