Üç gündür nəşi gözlənilən ŞƏHİDİMİZ dəfn olundu
16-09-2022, 22:09

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilməsi nəticəsində şəhid olan Qurbanzadə Cəmil Anar oğlu Astarada dəfn edilib.  

2021-ci ilin aprel ayında hərbi xidmətə yola düşmüş hərbçimiz üç gün əvvəl şəhid olub.

Şəhidin atası Anar Qurbanzadə bildirib ki, şəhidlik əlçatmaz bir zirvədir: "Uşağımı ona görə böyütmüşəm ki, cəmiyyətə, Vətənə yararlı övlad olsun. Mənim xalqımın, millətimin işinə yarasın”.

Qeyd edək ki, Qurbanzadə Cəmil 27 aprel 2003-cü ildə Astarada anadan olub.





up