Prezident sərhəddəki son vəziyyətdən danışdı - VİDEO
16-09-2022, 19:52

"Sərhəddə vəziyyət sabitdir, əsas odur ki, münasibətlərin normallaşmasının başlanğıc prosesi pozulmasın".

AZİNFORM.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə rusiyalı həmkarı Vladimir Putinlə görüşdə bildirib.


"Sükut rejiminə əməl olunması onu göstərir ki, nə Ermənistanın, nə də Azərbaycanın genişmiqyaslı eskalasiya planları olmayıb", - deyə dövlətimizin başçısı vurğulayıb.

Qeyd edək ki liderlərin görüşü Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçılarının 22-ci Zirvə Toplantısı çərçivəsində keçirilib.





up