Toya hazırlaşan gəncin ŞƏHİD XƏBƏRİ GƏLDİ
15-09-2022, 14:48

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi şəhidlərin yeni siyahısını açıqlayıb. 

AZİNFORM.AZ-ın əldə etdiyi məlumata görə, şəhid olanlardan Turan Məhərrəmov Zaqatala rayonundandır. Rayon ictimaiyyəti hazırda onun cənazəsini gözləyir.

2001-ci il təvəllüdlü  Məhərrəmov Turan Tərlan oğlu rayonun Qımır kəndində doğulub. Düşmənin xain gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksələn T. Məhərrəmov nişanlı imiş. Oktyabrın 9-da onun toyu olacaqmış. /lent.az/

Allah rəhmət eləsin!





up