Türkiyə ordusu yenə şəhid verib
6-08-2022, 09:54

“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə hərbçisi baş serjant Reşat Ergin terrorçu qüvvələrin açdığı atəş nəticəsində şəhid olub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.





up