Kəlbəcərdən acı xəbər gəldi: Əsgərimiz itkin düşüb
23-07-2022, 22:12

İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb.

Bu barədə AZİNFORM.AZ Müdafiə Nazirliyindən bildirilib.

Hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür.

Hazırda faktla bağlı araşdırma aparılır.





up