Zelenski Ukraynanın hərbi rəhbərliyini toplayıb
22-07-2022, 11:44

Ukrayna Ali Baş Komandanının Qərargahının iclasında ölkənin ən son silahlarla təchizatı məsələsi müzakirə edilib, prezident Vladimir Zelenski bildirib.

“Bu gün mən Ali Baş Komandanın Qərargahının növbəti iclasını keçirdim... Biz cəbhə xəttində və Ukrayna ətrafında mövcud vəziyyəti müzakirə etdik, mövqelərimizi möhkəmləndirmək üçün bəzi taktiki bölgələrdə tapşırıqları müəyyən etdik və ən son silahların tədarükü məsələsini əsaslı şəkildə işləyib hazırladıq. Biz hələ də düşmənə qarşı zərbələrin intensivliyini artırmalıyıq”, - deyə “İnterfaks-Ukrayna” Zelenskidən sitat gətirir.

Ukrayna Prezidentinin sözlərinə görə, görüş iştirakçıları Ukraynanın cəbhədə hərbi qüvvələrin irəliləməsi və Rusiya Federasiyasına maddi itkilər vermək üçün əhəmiyyətli potensiala malik olması barədə razılığa gəliblər.

Stavka iclasında Ukraynanın müdafiə və daxili işlər nazirləri, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Baş İdarə və Xarici Kəşfiyyat Xidməti rəhbərlərinin məruzələri dinlənilib. Görüşə Quru Qoşunlarının Ali Baş Komandanı da cəbhə xəttindən qatılıb.





up