Bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Rəşad İlqar oğlu Rəhimovun doğum günüdür. Rəşad Rəhimov 1985-ci il iyulun 16-da Yevlax şəhərində anadan olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərək vəzifə borcunu şərəflə yerinə yetirən Rəşad Rəhimov Zəngilan, Qubadlı, Şuşa istiqamətlərdə gedən döyüşlərdə şücaət göstərib.
Rəşad Rəhimov 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz 2-ci Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rəşad Rəhimov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.