DİGƏR XƏBƏRLƏR
“Müharibə başlanandan Riad evdə tapılmırdı. Öz döyüş yoldaşları ilə birgə rayonları, kəndləri erməni işğalçılarından azad edirdi”.
Bu sözləri Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla keçirilən vida mərasimində bacısı Mehriban Əhmədova söyləyib.
“Anamızın gözü yolda, qulağı səsdə qaldı. Bəlkə, sağdır, bəlkə, qayıdacaq. Hər dəfə qapının zəngi çalınanda biz elə bilirdik ki, Riaddır. 2013-cü ildə mənim anam - Bahar xanım Riaddan çox nigaran vəfat etdi.
Onun qızı Leyla atasına ağlaya-ağlaya cavabsız məktublar yazırdı. Riada oxşayan digər kiçik qızı Fərizə isə öz oğluna atasının adını qoydu”, - deyə M.Əhmədova qeyd edib.