Xocavənddə minaya düşərək şəhid olan polis serjantı ilə vida MƏRASİMİ – FOTO
20-09-2023, 11:00

Xocavənd rayonunda minaya düşərək şəhid olan polis serjantı Seymur Mahmudovla vida mərasimi keçirilir.

AZİNFORM.AZ “apa.az”a istinadən xəbər verir ki, Binəqədi rayonu Məhəmməd Əmin Rəsulzadə qəsəbə sakini polis serjantı Mahmudov Seymur Elsəvər oğlu sentyabrın 19-da Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək həlak olub.

S. Mahmudov Binəqədi rayon qəbiristanlığında dəfn olunacaq.


 





up