Melkonyandan sülhməramlılarla bağlı ŞOK AÇIQLAMA
19-09-2023, 16:56

"Gələcək format və Rusiyanın regionda mövcudluğu sülhməramlıların reaksiyasından asılı olacaq".

AZİNFORM.AZ erməni mediasına istinadən xəbər verir ki, bu barədə politoloq Sergey Melkonyan teleqramda yazıb.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları Üçtərəfli Bəyannamənin yerinə yetirilməsinə zəmanət verməlidir:

"Sülhməramlıların məsuliyyət zonasında müharibə onların passiv müşahidəsi altında baş verəcək. Belə olan halda, Moskvanın eksklüziv təhlükəsizlik təminatçısı kimi rolundan danışmağa artıq ehtiyac qalmayacaq".  /musavat.com/





up