Ordumuzun əsgəri faciəvi şəkildə VƏFAT ETDİ - YENİLƏNİB
24-05-2023, 10:47
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.

Bu barədə AZİNFORM.AZ-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

***
Azərbaycan Ordusunun əsgəri faciəli şəkildə ölüb.

AZİNFORM.AZ xəbər verir ki, yaxınlarının lent.az-a verdikləri məlumata görə, hadisə Daşkəsəndə qeydə alınıb.

20 yaşlı hərbi qulluqçu Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.






© 2021 «Azinform.AZ». Bütün hüquqlar qorunur
Azərbaycanda və dünyada baş verən ən son hadisələr, günün siyasi, iqtisadi, sosial, hərbi xəbərlərini, idman və mədəniyyət yeniliklərini Azinform.AZ-dan oxuyun.
   
   
   
   
   
Email:azinform2021@gmail.com
Mob: +99450 321 51 68

up