Girov götürülən əsgərimizlə bağlı erməni uydurması - VİDEO
13-04-2023, 21:33

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən ikinci əsgərimizdən də xəbər var.

AZİNFORM.AZ xəbər verir ki, ermənilərə məxsus sosial şəbəkə hesablarında azərbaycanlı əsgərin görüntülərini yayıblar.

Görüntülərdən əsgər H.Axundovun amansız işgəncələrə məruz qaldığını, qeyri-insani rəftarla üzləşdiyini görmək olar.  

Ermənistan tərəfinin bu addımı beynəlxalq hüquq normalarına ziddir. Belə ki, beynəlxalq sənədlər əsir götürülən şəxslərin hüquqlarının qorunmasında vacib mexanizm rolunda çıxış edir və bütün ölkələr buna riayət etməsi vacib hesab olunur. 

 





up