Düşmən silahını və meyitlərini qoyub qaçırdı - Aprel döyüşlərinin iştirakçıları - VİDEO
2-04-2023, 12:18

Bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən 7 il ötür.

AZİNFORM.AZ trend-ə istinadən bildirir ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı.

Nəticədə dördgünlük döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklərini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.

Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320 hərbçisi öldürüldü, 500-dən artıq hərbçisi isə yaralandı.

Azərbaycan Ordusunun həmin döyüşlərin iştirakçısı olan hərbi qulluqçuları xatirələrini Trend-ə danışıblar.

Vətən Müharibəsi Qəhrəmanı Polkovnik-leytenant Mirdamət Bağıyev bildirib ki, düşmən təxribatının qarşısını almaq məqsədilə mövqelərə yerləşdik. Düşmən Azərbaycan Ordusunun gücünü aprel döyüşlərində gördü. Ordumuz ermənilərin xeyli canlı qüvvəsini və texnikasını məhv etdik. Düşmən gücümüzü görüb geri çəkilməyə məcbur oldu. Yaralanmağıma baxmayaraq döyüş meydanını tərk etmədim. Düşmənin 7 tankını, 3 şəxsi heyətlərini daşıyan avtomobillərini,1 BMP və bir Jeeplərini məhv elədim.





up