"Ölüm heç kimə bəraət qazandırmır" - Xalq artisti
11-01-2023, 21:43

Xalq artisti Flora Kərimova aparıcı Ulvira Qarayevanın "Astar" yutub layihəsində qonaq olub.

AZİNFORM.AZ
xəbər verir ki, Flora Kərimova mərhum xalq artisti İlhamə Quliyeva haqqında danışıb: "Ona "rəhmətlik" demək də dilimə gəlmir. İlhaməyə "Allah rəhmət etsin" deyə bilmirəm. Allah ona verdiyi xasiyyətlə qarğışlamışdı. Ölüm heç vaxt heç bir haqq-hesabı bağlamır. Ölüm heç vaxt incikliyi aradan götürmür. Ölüm heç kimə bəraət qazandırmır. Ömürboyu səhv etmək olar!? Onun səhvi elə mənə qalmışdı? Bir adam ki, baş sağlığına gələndə desin ki, səndən yaxşı oxuyuram. Ona nə deyəsən!? Evimə gələndə yas mərasiminə gələnləri qışqıra-qışqıra qovmuşdu. İndiyə kimi də onun etdiklərini başa düşə bilmirəm. Qızım Zümrüd qaça-qaça üstümə gəldi, onun səkkiz yaşı var idi. "Anacan, onu dayandır!" deyirdi. Səsi aləmi götürmüşdü".

Xalq artisti "Bəlkə sağlığında mərhum həyat yoldaşınız Faiq Şəfiyevi sahiblənə bilməmişdi" sualına isə belə cavab verib:

"İlhamə deyirdi ki, məni Faiqə qısqanırdın. Guya ki, mən Faiqi İlhaməyə qısqanmışam. Elə söz de ki, adamın ağlına batsın. Sataşanlara deyirəm ki, mənə dəyməyin, bağışlamıram. Mən onunla dava etməmişəm və özümə rəqib də saymırdım".

Xalq artisti müğənni Afət Fərmanqızıyla məhkəməsindən də danışıb: "Bağışlamaq, görməmək, udmaq, qorxmaq mənim xüsusiyyətimə aid deyil. Mən yalnız bir dəfə Teymur Əmraha göz yumdum və bununla da məsələ qurtardı. O, stabil adam deyil və mənə qarşı çox haqsızlıqlar elədi. Mən Afət Fərmanqızı haqqında heç nə bilmirdim. Yalnız ona dedim ki, Nəsiminin qəzəlini belə oxumazlar. Sənətkar kimi dedim ki, belə oxumaq olmaz. Ağzı açıldı, gözü yumuldu. Mən də neçə il səsimi çıxarmadım. İndi Azərbaycana gəlməyə həsrətdir. Məhkəməni uddum və ondan təzminat istəmirdim. Axtarışa verilib və indi qorxusundan Bakıya gəlmir. Mənə nələr demədi, namusumdan, övladlarımdan, nəvəmdən tutmuş...".





up