Hərbi maşının qəzaya uğraması ilə bağlı RƏSMİ AÇIQLAMA
11-11-2022, 19:00

Noyabrın 11-də N nömrəli hərbi hissəyə məxsus avtomobilin qəzaya uğraması nəticəsində 2 hərbi qulluqçumuz yüngül xəsarət alıb.

Bu barədə AZİNFORM.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Avtomobildə olan digər 5 hərbi qulluqçu tibbi müayinədən keçirilib və heç bir xəsarət almadıqlarına görə xidmət yerlərinə qaytarılıb. 





up