Müdafiə Nazirliyi MƏLUMAT YAYDI
6-11-2022, 00:12

Erməni sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocalı rayonunun Pirlər kəndi istiqamətində mülki traktora guya atəş açılması barədə yayılan məlumatlar yalandır.

Bu barədə AZİNFORM.AZ-a Müdafiə Nazirliyindən bildirilib.

“Bu məlumatı qəti surətdə təkzib edirik”, – qeyd olunub.





up