Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - VİDEO
3-11-2022, 22:37

Noyabrın 3-ü saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə AZİNFORM.AZ-a Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.





up