“Gördüklərimiz bizi çox pərişan etdi” - Qarabağdakı səyyah
30-10-2022, 22:03

Türkiyə Gəzginlər Klubunun səyahətçilərinin Laçına səfəri davam edir.

Səyahətçilərin arasında iş adamı Fatma Karagözlü də var.

APA-nın yerli bürosuna açıqlama verən Fatma xanım deyir ki, gəzdiyi hər yerdə erməni qətliamının, vəhşiliyinin izini görür:

“Başqasını torpağını əvvəlcə işğal edib, sonra da qorxub qaçarkən, hər yeri yandırıb, məhv edib gediblər. Burada bir insanlıq dramı gördük. Biz bura 3 bacı gəlmişik. Gördüklərimizə çox üzüldük. Ağdam kimi böyük bir şəhərin yıxılması, bizi çox pərişan etdi. Bunu bütün dünyanın duyması lazım.

Biz bura öz doğma yurdumuz kimi gəlmişik. Buradan çoxlu fotolar çəkmişəm, bu vəhşiliklər bir daha heç kimin başına gəlməsin deyə gördüklərimi hər yerdə söyləyəcəm, yayacam”.

AZİNFORM.AZ





up