Zelenski ELAN ETDİ – “Hakimiyyətdə qalmaq istəmirəm”
29-10-2022, 22:36

“Çin lideri Si Cinpin kimi üçüncü müddətə hakimiyyətdə qalmaq istəmirəm”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenskidən Cinpinin üçüncü müddətə seçilməsinə münasibəti və özünün də bu haqda düşünüb-düşünmədiyi soruşulub.

“Üçüncü müddət haqda nə düşünürəm? Düzünü desəm, bunu edə bilməyəcəm. Bu, çox uzun müddətdir”, – Ukrayna prezidenti cavab verib.

Eyni zamanda o, Çinin Ukrayna xalqına dəstək verməsi arzusunu bildirib:

“Xalqlarımız arasında münasibətlərin, dərin iqtisadi əlaqələrimizin tarixi var. Açığını deyim: müharibədən əvvəl ən böyük ticarət dövriyyəsi Çinlə olub. Bu münasibətlərin qorunub saxlanmasının tərəfdarıyam, xüsusən indi – bizim üçün çətin olan dövrdə.

Müharibəyə gəlincə, istərdim ki, Çinin Ukraynaya dəstəklə bağlı mövqeyi daha açıq olsun. Belə bir dövlətin Rusiyanı və onun təcavüzkar rejimini dəstəkləməsini və müdafiə etməsini istəməzdim”./milli.az/





up