Yadplanetlilər də Rusiya ordusu qarşısında acizdir - Stremousov
16-10-2022, 14:11

“Hətta yadplanetlilər də Rusiya ordusu qarşısında acizdir”.

Azinform.az "Gazeta.ru"-ya istinadla xəbər verir ki, bunu Rusiyanın Xerson vilayətinin hərbi-mülki administrasiyasının rəhbərinin müavini Kirill Stremousov Teleqram kanalında qeyd edib.

“Rus əsgəri olan yerdə yadplanetlilərin belə şansı yoxdur”, - o əlavə edib.

Stremousovun sözlərinə görə, Xerson vilayətində müdafiə xəttində vəziyyət nəzarət altındadır.

O, həmçinin vurğulayıb ki, general-polkovnik Mixail Teplinskinin komandanlığı altında Rusiya Hərbi Hava Desant Qüvvələrinin əlaqələndirilmiş fəaliyyəti Ukrayna Silahlı Qüvvələrinin Xerson istiqamətində hücum planlarını darmadağın edib.

Stremousov bildirib ki, oktyabrın 16-na keçən gecə Ukrayna Silahlı Qüvvələri aktiv hücum hərəkətləri etməyib. Bölgənin Rusiya hissəsinin sakinləri RF Silahlı Qüvvələrinə Ukrayna Silahlı Qüvvələrinin yerləşdiyi ərazilərə zərbələr endirmək imkanı yaratmaq üçün tədricən yaşayış məntəqələrini tərk edirlər.





up