İran Azərbaycanla sərhəddə hərbi təlimə başlayır
14-10-2022, 19:15

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) regional qərargahı Azərbaycanla sərhəddə hərbi təlim keçirəcək.

AZİNFORM.AZ xəbər verir ki, bunu SEPAH-ın Quru Qoşunlarının komandanı, general Məhəmməd Pakpur deyib.

O bildirib ki, təlimlər yaxın günlərdə İranın şimal sərhədlərində və Araz ətrafında keçiriləcək.

Generalın sözlərinə görə, təlim ordunun illik təqviminə uyğun olaraq və SEPAH-ın döyüş hazırlığının yüksəldilməsi istiqamətində tapşırığın icrası məqsədilə keçirilir.





up