DİGƏR XƏBƏRLƏR
Daha bir azərbaycanlı Ukraynada şəhid olub.
Bu barədə Musavat.com-a media qrupumuzun Ukrayna təmsilçisi Anar Natiqoğlu məlumat verib.
A. Natiqoğlu bildirib ki, Məmmədov Ruslan Hüseyn oğlu İzyum şəhərində minaya düşüb:
“O, 1984-cu ildə Ağdamda doğulub, 1992-dən məcburi köçkün həyatı yaşayıb. Anası ukraynalı olan Ruslanın ailəsi illərdir Xarkovda yaşayır. Ruslan bu gün uğrunda can verdiyi Ukrayna torpağına tapşırılıb”.