İtkin əsgərin atası: “Oğluma əsl Bakı toyu edəcəkdim”
29-09-2022, 21:40

Baku TV-nin əməkdaşı Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlər zamanı itkin düşən əsgər Aydın Feyzullayevin ailəsini ziyarət edib.

Vətən müharibəsində itkin düşən altı hərbçidən biri olan Aydının atası ilə son telefon danışığı sentyabrın 30-da olub.

“Hücuma getməli idilər. Eşitdim ki, bombalar tökülür. Mənimlə də, anası ilə də danışdı. Bizimlə vidalaşırdı”, – deyə itkin hərbçinin atası Zakir Feyzullayev bildirib.

İtkin övladı üçün məzar daşı qoyduran ata onun sağ ola biləcəyinə ümid etdiyini də qeyd edib.

“Sevdiyi qız var idi. Anası ilə söhbət edirdi, mənə çox şeyi deməzdi. Ona əsl Bakı toyu edəcəkdim”, – deyə Z.Feyzullayev əlavə edib.

Daha ətraflı Baku TV-nin süjetində:





up