Müdafiə Nazirliyindən Xocalı ilə bağlı MƏLUMAT
23-09-2022, 14:10

Xocalıda erməni hərbi birləşmələri tərəfindən basdırılmış tələ-mina aşkarlanıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Erməni hərbi birləşmələri tərəfindən Xocalı rayonu istiqamətində basdırılmış Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э minalarından ibarət beş ədəd tələ-mina aşkar edilib.

Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.






up