Tanınmış şairdən şok iddia - "Hüseynbala Mirələmovun "Ənvər Paşa" romanını mən yazmışam"
29-05-2022, 22:16

"Əziz dostlar, Hüseynbala Mirələmovun imzasıyla çap olunan "Ənvər Paşa" romanını mən yazmışam".

AZİNFORM.AZ xəbər verir ki, bunu öz "Facebook" hesabında tanınmış şair, "Ədəbiyyat qəzeti"nin şöbə müdiri Sərvaz Hüseynoğlu paylaşıb.

 "Bütün akademiklər əsəri bəh-bəhlə, bir- birinə aman vermədən tərifləyir, amma öz imzamla çap etdirdiyim əsərlər haqqında bir cümlə yazan yoxdu",- deyə şair fikrini tamamlayıb.  /manevr.az/





up