“Retro Baku”nun yeni buraxılışı efirə gedib.
AZİNFORM.AZ xəbər verir ki, verilişin budəfəki sayı Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevaya həsr olunub.
Verilişdə mərhum millət vəkilinin əmisi – Əməkdar elm xadimi Qəzənfər Paşayev, həmkarı Fazil Mustafa və rəfiqələri onunla bağlı xatirələrini bölüşüblər.
Q.Paşayev Qənirə xanımın Xocalı arzusundan da bəhs edib:
“Deyirdi ki, Xocalını görmədən ölməyim. Xocalı azad olunduqdan iki gün sonra xəstəxanaya düşdü”.
Əməkdar artist Nuriyyə Hüseynova isə Qənirə Paşayevanın evlənməməsinin səbəbi ilə bağlı aralarında keçən dialoqdan danışıb:
“Ona dedim ki, ailə qur, övladın olsun. Zaman keçir, sənin davamçın olmalıdır. Çiynimə əli ilə vurub dedi ki, o qatar çoxdan gedib. Mən artıq özümü topluma həsr etmişəm”.