Füzulidə "Azərbaycan" mahnısı səsləndi - VİDEO
17-10-2023, 14:34

Füzuli Şəhəri Günündə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı, I dərəcə gözdən əlilliyi olan Xaliq Şərifovun ifasında “Azərbaycan” mahnısı səslənib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Dədə Qorqud” filmindən Beyrəyin mahnısı kimi tanınan bu nəğmə ifaçının səsində yeni həyat qazanıb.

İfaçını İnklüziv Ansambl müşayiət edib. Xor hissəsini görmə məhdudiyyətli benefisiarlar Səbinə Əsgərova, Xətai Azayev, Çingiz Mustafayev, Ellada Xalıqova və inklüziv könüllü Firuzə Məmmədzadə səsləndiriblər.





up