Azərbaycan mədəniyyətinə AĞIR İTKİ
2-10-2023, 17:25

Əməkdar mədəniyyət işçisi Fərhad Babayev vəfat edib.

AZİNFORM.AZ  xəbər verir ki, Heydər Əliyev adına Sarayın sabiq direktoru, "Şöhrət" ordenli Əməkdar Mədəniyyət İşçisi Fərhad Ağa Səlim Babayev vəfat edib.

Qeyd edək ki, o, 1989-cu ildən 2020-ci ilə qədər Heydər Əliyev Sarayının direktoru vəzifəsində çalışıb. Bu illər ərzində bir çox respublika miqyaslı, dövlət səviyyəli, beynəlxalq əhəmiyyətli ictimai-siyasi, mədəni-kütləvi və digər tədbirlərin, konsert proqramlarının hazırlanıb keçirilməsində yüksək peşəkarlıq nümayiş etdirib.

Fərhad Babayev Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə ölkə başçısının müvafiq sərəncamları ilə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb və "Şöhrət" ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin.





up