İngiltərə mətbuatı Acun Ilıcalının ŞOK EDİCİ sərvətindən yazdı
26-09-2023, 14:05

İngiltərə mətbuatı Hull City sahibi və televiziya xadimi Acun Ilıcalının sərvətindən yazıb. 2022-ci ildə Çempionşip komandalarından biri olan "Hall Siti"ni almaqla İngiltərədə gündəmə gələn televiziya xadimi Acun Ilıcalının sərvəti İngiltərə mətbuatının gündəminə çevrilib. 

AZİNFORM.AZ-ın xəbərinə görə, Ilıcalının sərvətinin təxminən 100 milyon dollar olduğu bildirilib. 

FLW-nin xəbərlərində  Acun Ilıcalının şirkəti olan ACUNMEDYA-nın 2022-ci ildə İngiltərənin Hull City futbol klubunun yüzdə 100-nü misirli iş adamı Assem Allamdan satın aldığı bildirilib.

Xəbərdə “54 yaşlı Ilıcalının sərvətinin təxminən 100 milyon dollar olduğu” qeyd edilib. Digər tərəfdən, FLW, onun xalis sərvətini 61,14 milyon dollar olaraq qiymətləndirir və digər axınlarla birlikdə ümumi sərvətini təxminən 97,82 milyon dollardan "çox" edir.

TV8, TV8,5 VƏ EXXEN kanallarının da sahibi olan Acun Ilıcalı 8 ölkədə proqramlar hazırlayır.

İngiltərə çempionatının 8-ci həftəsi geridə qaldığından "Hall Siti" 4 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətdən 15 xalla 4-cü pillədə qərarlaşıb.

AZİNFORM.AZ





up