"Dilarə efirə çıxdı, bu onun işi idi, neyləsin axı?!" - Mərhum Oqtay Əliyevin anası
20-05-2023, 03:30

“Oqtay gücündən bu günə qədər mənə saysız-hesabsız zənglər gəlir. Heç kəsə cavab vermirəm. Danışmaq istəmirəm. Heç danışa da bilmirəm. enerji ki, halımı, əhvalımı soruşmaq üçün zəng edirlər. Allah hamısından razı olsun. Özümü necə hiss edə bilərsiz? Səhhətimi unutmuşam, yaddan çıxıb. Biri var ki, bu dərdi ağır qarşılayıram, biri də var ki, çəkə bilmirəm. Vidadi nə dinir, nə də ki, danışır. Hələ də o şokdan ayılmamışıq. Mənim dünyam yıxılıb”.
 
AZİNFORM.AZ  bildirir ki, moderator.az-a bunu xalq artisti, mərhum prodüsser Oqtayın anası Elmira İsmayılova deyib.
“Balalarımın hamısını çox istəmişəm. Oqtayı da, Elçini də. Mən onlar arasında fərq qoymamışam. Oqtayın dərdi böyük dərddir. böyükövlad dərdi çox böyük bir dərddir. Məni övladını itirən analar başa düşə bilər. Oqtay elə bir övlad idi ki. Mən dağı itirmişəm. Nə qədər işləri çox olsaydı da, məni gəldi, görüb gedirdi. Bir-birimizlə o qədər sənətdən danışırdıq ki. Nə deyim, qədər belə imiş. Dözə bilmirəm. Oqtay yuxularıma da gəlmir (kövrəlir)” deyə sənətkar bildirib.
 
Elmira İsmayılova deyib ki, gəlini əməkdar artist Dilarə Əliyevaya heç cür təsəlli verə bilmir.
“Dilara də, balalarına da təsəlli olmaq istəyirəm. Amma ola bilmirəm ki. O da mənə təsəlli verir. Dilarə efirə çıxdı, bu onun işi idi, neyləsin axı?! Dərzi də gedib paltarını tikir, qayıdır evinə. Bu onun da işidir” deyə xalq artisti bildirib.




up