Azərbaycanəsilli rusiyalı yazıçı Eduard Bağırov 47 yaşında vəfat edib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə “Varlamov News” teleqram kanalı yazıçının yaxınlarına istinadən yazıb.
Mənbənin sözlərinə görə, son bir həftədə Bağırov komada idi. Onda orqan çatışmazlığının yarandığı bildirilir.
Qeyd edək ki, yazıçı, kinodramaturq, radioaparıcı E. Bağırov 1975-ci ildə Türkmənistanın Marı şəhərində anadan olub. Onun atası azərbaycanlı, anası isə rusdur. 2007-ci ildə “Qastarbayter” romanı sayəsində məşhurlaşıb. 2008-ci ildə “Sevgililər” romanı, 2010-cu ildə isə “İdealist” romanı işıq üzü görüb.