Azərbaycanda yazıçı baş direktor TƏYİN EDİLDİ
6-04-2023, 14:02

Azərbaycan Yazıçılar Birliyinə daxil olan Ədəbiyyat Fonduna yeni baş direktor təyin edilib.

AZİNFORM.AZ xəbər verir ki, tanınmış yazar, Azərbaycanın Əməkdar jurnalisti Varis Yolçuyev bu vəzifəyə layiq görülüb.

O, özünün sosial media hesabında məlumatı təsdiqləyib. "Azərbaycan Ədəbiyyat Fonduna Baş direktor təyin olundum. Etimad göstərənlər çox sağ olsunlar!", - yazar qeyd edib.





up