“Şəfiqə Məmmədova dedi, məni qəsdən vurdun...” – Rasim Balayev
3-04-2023, 14:08

“Nəsimi”yə qədər məni kinoya çəkmirdilər. Deyirdilər ki, sən fotogenik deyilsən. Filmə çəkilən adamların əvvəl fotosınağı olurdu. Fotodan keçənlərin kino sınağına çağırırdılar. Mən fotodan keçmirdim. İşığı necə qururdularsa, əyri-üyrü görünürdüm. Yalnız “Üç qərənfil” filminin kino sınağına düşdüm. O filmi də bağladılar. “Nəsimi”yə çəkiləndən sonra həm burda, həm Orta Asiyada, həm Moskvada, hətta Osetiyada filmlərə çəkildim. Məni sınaqsız dəvət edir və çəkirdilər. “Nəsimi” mənə yaşıl işıq yandırdı, oldum fotogenik”.

AZİNFORM.AZ xəbər verir ki, bunu Xalq artisti Rasim Balayev “Ötən günlər” verilişində deyib.

O, həmçinin “Dədə Qorqud” filminin çəkiliş meydançasında başına gələn hadisəni də danışıb:

“Bəzən mənə deyirlər ki, kadrarxasında nələr olur? “Dədə Qorqud” filminin çəkilişi zamanı idi, Şəfiqə Məmmədova filmdə Burla xatun roluna çəkilirdi. Oxatma səhnələri çəkilirdi. Onların səhnəsinin çəkilişi bizim çəkilişdən sonra idi. Ona görə onlar kənarda durub bizim çəkilişimizi baxırdılar. Mənim oxatma səhnəm bir neçə dubla çəkildi. Oxun ucunda şiş dəmir var idi. Oxu atdım, uçdu dəydi Şəfiqə Məmmədovanın qoluna. Qolunu qan götürdü. Dedi, sən məni qəsdən vurdun. Dedim, mən o tərəfə atırdım, gəldi sənə dəydi”.  /teleqraf.com/





up