Məşhur müğənni: “Həyatda canımdan önəmli heç nə yoxdur”
30-03-2023, 20:41

Məşhur türk müğənnisi Ajda Pekkanın şəxsi həyatı ilə bağlı etirafları yeni gündəm yaradıb.

Superstar türk televiziya proqramında həyatında altı dəfə hamilə qaldığını açıqlayıb. O, övlad sahibi olmaqdan qorxduğunu dilə gətirib. Bildirib ki, uşaqları çox sevsə də, heç vaxt övlad sahibi olmağa cəsarət etməyib. Müğənni sənətdə yüksəlmək üçün övladlarından imtina etdiyini etiraf edib.

Pekkan hazırkı həyat tərzindən də danışaraq, özünü pişiklərlə ovundurduğunu bildirib. Müğənni bahalı əşyalara pul xərcləmədiyini, yalnız sağlamlığına üstünlük verdiyini vurğulayıb, “həyatda canımdan önəmli heç nə yoxdur”, – deyib.





up