Xalq artisti haqqında sifarişli yazılar yazırlar
10-03-2023, 00:31

"Bəzi fikirləri sizinlə bölüşmək istəyirəm. Demək istəyirəm ki, üzümə gülüb, arxamca danışanları, bəzi yerlərdə sifarişlə yazılan yazıların mənbəsini bilirəm". 

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova sosial şəbəkədə yazıb. Müğənni adını gizli saxladığı şəxslərin onun haqqında sifarişli yazılar yazdırdığını iddia edib.

 Müğənni deyib: "Onların hamısına tək-tək cavab verə bilərəm, amma hələ həya edirəm. Vay o gündən ki, üzümdən həya pərdəsini götürüb, tək-tək onlara cavab verim. Bilirəm ki, bu hərəkətim böyük səs-küyə səbəb olacaq. Özümü o insanlara tay tutmaq istəmirəm. Allah böyükdür, o, hər şeyi biləndir".





up