Nazpəri Dostəliyeva: “Üçüncü zərbəni də mənə sən vurdun” - VİDEO
22-02-2023, 16:55

Xalq artisti Nazpəri Dostəliyeva mərhum Xalq artisti Ramiz Novruzla bağlı paylaşım edib.

Sənətçi instaqramda aktyorla birgə görüntülərini və onun rol aldığı klipindən kadrları paylaşıb. Dostəliyeva çox kədərli olduğunu bildirərək bu sözləri yazıb:

“Əziz dostum, böyük sənətkar. Bu xəbər məni daha çox məyus elədi. Üçüncü zərbəni də mənə sən vurdun. Məkanın cənnət olsun”.

Qeyd edək ki, N. Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva ötən həftələrdə dünyasını dəyişib. /olay/


AZİNFORM.AZ






up