DİGƏR XƏBƏRLƏR
"Bu gün Türkiyədə olan zəlzələyə görə hamımız matəm içindəyik, matəmdən çıxa bilməmişik. Bu hadisə bizə çox pis təsir etdi. Mən də xalqın türk balasıyam. Türk balası olaraq mənim üçün böyük dərddir. Bu, mənim xalqımın soyqırımı oldu".
AZİNFORM.AZ xəbər verir ki, bunu demokrat.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib.
"Əgər kim deyirsə ki, türk hara, biz hara, çox böyük səhv edir. Deyən özü bilər, amma mən azərbaycanlıyam və köküm türkdür. Belə bir vaxtda Nadir Qafarzadənin tutduğu iş düz deyil. Nadir şıltaq balamızdır, amma düz etməyib. Gözləyərdi və başqa vaxta keçirərdi. Nadir yaxşı insandır. Hər bir yaxşı insanın da nöqsanı olur. Bu da onun üçün bir nöqsandır. Yaxşı insandır, amma heç düz etməyib, tutduğu işə baxın bir...!"