Ağalar Bayramov xəstəxanadan evə buraxıldı
15-02-2023, 18:51

Əməkdar artist Ağalar Bayramov xəstəxanadan evə buraxılıb.

AZİNFORM.AZ xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq, Respublika Klinik Xəstəxanasının direktorunun köməkçisi Günay Quluzadə deyib.

Onun sözlərinə görə, sənətçinin səhhəti qaydasındadır: “Aktyorun səhhəti normallaşıb, özünü yaxşı hiss edir”.

Qeyd edək ki, Əməkdar artist Ağalar Bayramov bir müddət öncə xəstəxanaya yerləşdirilmişdi. Onun beynində qansızma var idi.





up