"Qardaşım və bacım atamın yadigarıdır. Onlar mənə övladlarımdan artıq olub, daha çox istəmişəm. Onları qorumağa çalışmışam".
AZİNFORM.AZ bildirir ki, bu sözləri ötən axşam müğənni bacısı Zeynəb Dostəliyevanı itirən Xalq artisti Nazpəri Dostəliyeva bizim.media-nın əməkdaşı ilə söhbətində deyib.
Hər zaman ailə üzvlərinə dəstək olduğunu söyləyən sənətçi bildirib ki, bundan sonra da mərhum bacısının övladının və nəvələrinin yanında olacaq.
"Bacımın və qardaşımın imkanı olmayıb. Onları mən idarə etmişəm, yenə də edəcəm. Bacardığım qədər əlimdən gələni edəcəm. Təbii ki, Allahın köməyi ilə".