Aftandil İsrafilovun səhhəti ilə bağlı SON XƏBƏR
17-01-2023, 12:24

Qarmon ifaçısı Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə APA-ya sənətçinin həyat yoldaşı Zemfira İsrafilova məlumat verib.

Onun sözlərinə görə, Xalq artistinin səhhəti yaxşılaşmağa doğru gedir.

"Müalicələr davam etdirilir. Hazırda xəstəxanadadır. Hələlik, evə buraxılması barədə həkimlər bir söz demir. Amma əvvəlkinə baxanda yaxşıdır", - o vurğulayıb.

Qeyd edək ki, Aftandil İsrafilov ötən ilin dekabrının 2-də xəstəxanaya yerləşdirilib. O, bundan öncə də kəskin plevrit səbəbi ilə xəstəxanaya yerləşdirilmiş, daha sonra yaxşılaşaraq evə buraxılmışdı.





up